Həbibin atasını Moskva xəstəxanasına köçürdülər

00:45 6 May 2020

UFC çempionu Həbib Nurməhəmmədovun atası və məşqçisi Əbdülmanap Nurməhəmmədov Moskva xəstəxanasına köçürülüb.

 

Sportarena.az xəbər verir ki, mayın 3-də vəziyyəti pisləşən Ə.Nurməhəmmədov müalicəsini Moskvada davam etdirəcək. 57 yaşlı məşqçinin hazırda ürək problemi olduğu bildirilir.

 

Xatırladaq ki, ötən ay koronavirus şübhəsi ilə xəstəxanaya yerləşdirilən Əbdülmanap Nurməhəmmədova pnevmoniya diaqnozu qoyulmuşdu. 


Xəbər xətti