“Barselona” koronavirus testindən keçdi - FOTOLAR

12:10 7 May 2020

İspaniyanın “Barselona” klubunun futbolçuları və məşqçiləri koronavirus testindən keçiblər.

 

Sportarena.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb. Şəxsi maşınları ilə klubun bazasına gələn futbolçular ilk olaraq tibb mərkəzinə gedib və testdən keçiblər. Nəticələr qənaətbəxş olsa, oyunçular tezliklə fərdi məşqlərə başlaya biləcəklər.

 

Komandada yalnız Usman Dembele testdən keçməyib. Buna onun zədəsinin tam sağalmaması səbəb göstərilir.



Digər xəbərlər

Xəbər xətti