İspaniya çempionatı bu tarixdə başlayacaq

13:30 8 May 2020

“Leqanes”in baş məşqçisi Xavyer Aqirre “Marca”ya açıqlamasında İspaniya La Liqasının bərpa vaxtının müəyyənləşdiyini deyib.

 

Sportarena.az xəbər verir ki, 61 yaşlı meksikalı mütəxəssis çempionatın iyunun 20-də bərpa ediləcəyini deyib:
 

“İspaniya La Liqasının bərpa vaxtı məlumdur. Yarış iyunun 20-də bərpa ediləcək və 5 həftəyə tamamlanacaq. Oyunlar şənbə, bazar, çərşənbə və cümə axşamı günləri keçiriləcək. La Liqadan bu barədə mənə rəsmi məlumat verilib. Çox xoşbəxtəm, çünki məşq planları qururuq. Sabah hazırlıq bərpa edilir, artıq COVID-19 testindən keçmişik”.


Digər xəbərlər

Xəbər xətti