Bolqarıstanda çempionat bərpa olunur

14:27 8 May 2020

Bolqarıstan çempionatının bərpa tarixi rəsmən bəlli olub.

 

Sportarena.az xəbər verir ki, yarış iyunun 5-də bərpa olunacaq. Bu barədə Bolqarıstan Futbol Federasiyasının rəsmi saytı məlumat yayıb.Komandalar mayın ortalarında məşqlərə başlayacaqlar. Çempionatın iyulun 11-də yekunlaşdırılması planlaşdırılır. Mövsümün qalan matçları azarkeşsiz keçiriləcək.

 

Qeyd edək ki, koronavirus pandemiyasına görə 24-cü turda dayandırılan Bolqarıstan çempionatında lider “Ludoqorets” bir oyun az keçirməsinə baxmayaraq, əsas rəqibləri “Lokomotiv” (Plovdiv), “Levski” (Sofiya) və ÇSKA-nı (Sofiya) 9 xal qabaqlayır.


Digər xəbərlər

Xəbər xətti