“Real”ın futbolçusunun ayağı sındı

12:00 9 May 2020

İspaniyanın “Real” klubunun futbolçusu Luka Yoviç zədələnib.

 

Sportarena.az xəbər verir ki, 22 yaşlı hücumçunun sağ ayağında sınıq aşkarlanıb.Bu barədə Madrid təmsilçisinin rəsmi saytı məlumat yayıb. Lakin serbiyalı oyunçunun bərpa müddəti ilə bağlı məlumat verilməyib.İspaniya mediası Yoviçin evdə məşq zamanı zədələndiyini yazıb.

 

Qeyd edək ki, Serbiya yığmasının hücumçusu “Real”a Almaniyanın “Ayntraxt” klubundan 60 milyon avroya transfer olunub. O, cari mövsümdə Madrid klubunun heyətində 24 oyuna çıxıb, 2 qola imza atıb.


Digər xəbərlər

Xəbər xətti