"Barselona" ikinci testdən keçir

15:00 11 May 2020

“Barselona”nın futbolçuları və məşqçiləri bu gün növbəti dəfə koronavirus testindən keçəcək.

 

Sportarena.az xəbər verir ki, Kataloniya təmsilçisi pandemiyanın sonuna qədər komandanı vaxtaşırı testdən keçirməyi planlaşdırır.

 

Qeyd edək ki, klub mayın 6-da test vermiş və bütün cavablar mənfi çıxmışdı. La Liqanın lideri bir neçə gündür məşqlərini bərpa edib.


Digər xəbərlər

Xəbər xətti