Güləş Federasiyasının sabiq vitse-prezidenti koronavirusdan öldü

11:47 13 May 2020

Azərbaycan Güləş Federasiyasının (AGF) sərbəst güləş üzrə sabiq vitse-prezidenti Maqomed Əliömərov koronavirus səbəbindən dünyasını dəyişib.

 

Sportarena.az xəbər verir ki, bu barədə məlumatı TASS agentliyinə açıqlamasında Rusiya Güləş Federasiyasının prezidenti Mixail Mamiaşvili bildirib.M. Əliömərov 67 yaşında vəfat edib.

 

Qeyd edək ki, Maqomed Əliömərov 2008-ci ildən 2017-ci ilin əvvəlinə qədər Azərbaycan Güləş Federasiyasında sərbəst güləş üzrə vitse-prezident işləyib.  2012-ci ildə isə o, qadınlardan ibarət Azərbaycan yığmasını London Olimpiadasına baş məşqçi kimi çıxarıb.


Digər xəbərlər

Xəbər xətti