Avstriyada futbol çempionatı bərpa olunur

13:00 13 May 2020

Avstriyada da milli çempionat bərpa olunur.

 

Sportarena.az xəbər verir ki, bu haqda Avstriya Futbol İttifaqı məlumat yayıb. Federal hökumətin bununla bağlı razılıq verdiyi bildirilib.Bundesliqanın iyunun 2-də bərpa edilməsi, kubokun final matçının isə mayın 30-da keçirilməsi nəzərdə tutulub. Oyunlara azarkeş buraxılmayacaq.

 

Qeyd edək ki, Avstriya Bundesliqası koronavirus pandemiyasına görə mart ayında,  22-ci turda dayandırılıb.


Xəbər xətti