"Barselona"nın futbolçusu "Mançester Siti"yə keçmək qərarına gəlib

12:15 24 May 2020

"Barselona"nın müdafiəçisi Nelson Semedu karyerasını "Mançester Siti"də davam etdirmək istəyir.

 

Sportarena.az xəbər verir ki, Semedu "Siti"də oynamaq barədə qərar qəbul edib. Komandanın Çempionlar Liqasından uzaqlaşdırılması onu fikrindən daşındırmayacaq.

 

"Şəhərlilər" 26 yaşlı futbolçu qarşılığında Joau Kanselunu "Barselona"ya göndərməyə hazırdı. Hər iki oyunçunu menecer Jorje Mendeş təmsil edir. Tərəflərin anlaşmaya yaxın olduğu bildirilir.

 

"Mançester Siti"nin baş məşqçisi Pep Quardiola Semedunun xidmətində maraqlıdı. Eyni zamanda, katalon çalışdırıcı Kanselunun oyunundan narazı olduğu üçün onun "Barsa"ya keçidinə qarşı çıxmayacaq.


Digər xəbərlər

Xəbər xətti