Premyer Liqada daha iki futbolçu koronavirusa yoluxdu

18:18 24 May 2020

İngiltərə Premyer Liqa klublarında daha iki futbolçu koronavirusa yoluxub.

 

Sportarena.az xəbər verir ki, oyunçuların adları açıqlanmayıb. Onların müxtəlif komandalarda çıxış etdikləri bildirilib.İngiltərə Premyer Liqasının klubları COVID-19 yoxlamalarının nəticələrini dünən axşam alıb. Oyunçulardan analizlər mayın 19-u, 21-i və 22-də məşq bazalarında götürülüb.

 

Qeyd edək ki, daha əvvəl Premyer Liqa klublarının 6 futbolçusunun virusa yoluxduğu açıqlanmışdı.


Xəbər xətti