Avropada ilk kuboku BATE qazandı

00:36 25 May 2020

Belarusda ölkə kubokunun final oyunu keçirilib.

 

Sportarena.az xəbər verir ki, həlledici qarşılaşmada BATE ilə “Dinamo” (Brest) üz-üzə gəlib.Görüşün əsas vaxtı qolsuz başa çatdığından əlavə vaxt oynanılıb. Əlavə vaxta artırılmış son saniyələrdə - 120+1-ci dəqiqədə Zaxar Volkov BATE-yə kuboku qazandıran qolu vurub.

 

Xatırladaq ki, Belarus pandemiya dövründə futbolu dayandırmayan yeganə ölkə olub. BATE – “Dinamo” qarşılaşması isə bu mövsüm Avropa qitəsində kubokun ilk final görüşüdür.


Digər xəbərlər

Xəbər xətti