Dmitri Nazarovun komandası qələbə qazandı

11:21 8 İyun 2020

Almaniyanın II Bundesliqasının XXX turun oyunları keçirilir.

 

Sportarena.az xəbər verir ki, Azərbaycan millisinin üzvü Dmitri Nazarovun çıxış etdiyi "Ersgebirge" "Karlsrue"ni qəbul edib. Oyun Aue təmsilçisinin 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.

 

Yeganə qolu 10-cu dəqiqədə Florian Krüger vurub. Nazarov start heyətində meydana çıxıb və 90-cı dəqiqədə yerini komanda yoldaşına verib.


Digər xəbərlər

Xəbər xətti