Premyer Liqanın ən çox pul xərcləyən komandası bəlli oldu: “Liverpul” 14-cüdür

16:35 8 İyun 2020

Son beş ildə ən çox pul xərcləyən İngiltərə Premyer Liqası klublarının reytinqi hazırlanıb.

 

Sportarena.az xəbər verir ki, reytinqə əsasən, İngiltərədə ən çox pul xərcləyən klub “Mançester Siti” olub. Klubun xərcləri son beş ildə 601 milyon funt sterlinq təşkil edib. İkinci pillədə “Mançester Yunayted” (484 milyon funt sterlinq) qərarlaşıb. İlk üçlüyü “Arsenal” (267 milyon funt sterlinq) tamamlayıb.

 

Maraqlısı budur ki, İngiltərə Premyer Liqasının hazırkı lideri “Liverpul” son beş ilin göstəricilərinə əsasən, 107 milyon funt sterlinq xərcləyib. Klub bu göstərici ilə 14-cü pillədə qərarlaşıb. (oxu.az)


Digər xəbərlər

Xəbər xətti