İtaliya Kubokunda əlavə vaxt ləğv edildi

00:20 11 İyun 2020

Futbol üzrə İtaliya Kubokunun təşkilatçıları turnirin yarımfinal və final oyunlarında əlavə vaxtdan imtina etmək qərarına gəlib.

 

Sportarena.az xəbər verir ki, kubok matçlarında əsas hissə bitdikdən sonra qalib bilinməsə, komandalar dərhal penaltilər seriyasına keçəcəklər.Yarımfinal görüşləri 12-13 iyunda olacaq. İlk matçda “Milan” və “Yuventus”, ikinci qarşılaşmada isə “Napoli” ilə “İnter” komandaları finala yüksəlmək üçün mübarizə apacaqlar. Final iyunun 17-də baş tutacaq.

 

İtaliya A Seriyası iyunun 20-də “Torino” – “Parma” oyunu ilə bərpa olunacaq.


Digər xəbərlər

Xəbər xətti