“Bəlkə də pandemiya dönüş nöqtəsi olacaq” - Rəşad Sadıqov

01:48 11 İyun 2020

“Qarabağ”ın futbolçusu Rəşad Sadıqov yoxlama matçında “Sabah”ı məğlub etdikləri oyundan (5:0) sonra “CBC Sport” telekanalına açıqlama verib.

 

Sportarena.az xəbər verir ki, təcrübəli müdafiəçi bunları deyib:
 

“Bəlkə də, koronavirus pandemiyası bizim futbol üçün dönüş nöqtəsi olacaq. Futbolçularımız öz üzərində daha çox işləyəcək. Biz futbolçular oynamaq istəyirik. İdman prinsipləri deyilən bir şey var. Biz xal fərqi ilə irəlidəyik, ancaq burda başqa komandaların da haqları var.Biz istəmərik ki, çempionat vaxtından əvvəl başa vurulsun. Bunu digər rəqiblərə qarşı haqsızlıq kimi görürük. İstəyirik ki, təmiz idman prinsipləriylə çempionat başa çatsın. İdmandan, futboldan əvvəl insanlarımızın sağlamlığıdır. Statistikaya hər gün baxırıq, ona uyğun qərarlar dəyişə bilir. Biz hər şeyə hazırıq”.


Digər xəbərlər

Xəbər xətti