“Çelsi” onu 15 milyona satmaq istəyir

10:56 11 İyun 2020

İngiltərənin “Çelsi” futbol klubu yarımmüdafiəçisi Ross Barklini satmaq niyyətindədir.

 

Sportarena.az xəbər verir ki, bu barədə “The Guardian” xəbər verib.Mənbənin məlumatına görə, “göylər” bu yaya planlaşdırılmış xərcləri qismən azaltmaq istəyirlər. Klub “Lester”in müdafiəçisi Ben Çilvel, “Bayer”in yarımmüdafiəçisi Kay Haverts və “Leyptsiq”in hücumçusu Timo Vernerlə maraqlanır. Bildirilir ki, “Çelsi” Barklini 15 milyon funta satmaq istəyir. Oyunçu ilə “Nyukasl” maraqlanır.

 

Qeyd edək ki, 2019/20 mövsümündə Barkli “Çelsi”də 20 matç keçirib. 26 yaşlı ingiltərəlinin hesabında 3 qol və 4 nəticəli ötürmə var. “Transfermarkt.com” portalı futbolçunu 19,35 milyon funt məbləğində qiymətləndirir.


Xəbər xətti