“Sumqayıt" 2,4 milyon manat ziyana düşüb

11:13 11 İyun 2020

"Sumqayıt Futbol Klubu” MMC 2019-cu ili 2,4 milyon manat zərərlə başa vurub.

 

Sportarena.az qurumun maliyyə hesabatına istinadən xəbər verir ki, bu, 2018-ci illə müqayisədə 2,1 dəfə çoxdur.Ötən il Klub 395 min manat gəlir əldə edib ki, bu da əvvəlki ilə nisbətən 74,1% azdır. O cümlədən qurumun sponsor, reklam və biler satışı hesabına gəlirləri 27,4% azalaraq 291 min manat, sair gəlirləri isə 90,8% azalaraq 104 min manat olub.

 

Hesabat dövründə Klubun xərcləri isə illik müqayisədə 3,8% çox – 2,8 milyon manat təşkil edib. O cümlədən qurumun əmək haqqı və mükafat xərcləri 1,8 milyon manat (14,9% çox), əsas vəsaitlərinin amortizasiyası üzrə xərcləri 17 min manat (4,25 dəfə çox), sair xərcləri isə 922 min manat (14% az) olub.

 

Bu il yanvarın 1-nə Klubun aktivləri 179 min manat təşkil edib ki, bu da ötən il yanvarın 1-nə nisbətən 67,7% azdır. Hesabat dövründə qurumun öhdəlikləri 18,1% artaraq 13,114 milyon manata, balans kapitalının çatışmazlığı isə 22,6% artaraq 12,9 milyon manata çatıb. 


Xəbər xətti