“Neftçi”nin futbolçusu “Qarabağ” formasıyla - FOTO

07:00 16 İyun 2020

“Neftçi”nin hücumçusu Baqali Dabonun "Qarabağ"ın forması ilə fotosu yayılıb.

 

Sportarena.az xəbər verir ki, şəkli fransalı hücumçunun xanımı Tuğba İnstaqram hesabında paylaşıb.Fotonun yayılması Dabonun Ağdam klubuna keçəcəyi ilə bağlı söhbətlərin yaranmasına səbəb olub. Həmçinin, Dabonun "Neftçi"nin əzəli rəqiblərindən olan "Qarabağ"ın formasını geyinməsi izləyicilər tərəfindən birmənalı qarşılanmayıb.

 

Qeyd edək ki, "Neftçi" ilə müqaviləsi bu ayın sonu başa çatacaq futbolçunun "ağ-qaralar"dan ayrılacağı dəqiqdir. Onun Kiprin "Apollon" klubu ilə müqavilə bağlaması haqda xəbərlər yayılıb.



Digər xəbərlər

Xəbər xətti