Bakıdakı dünya çempionatının yeni tarixi müəyyənləşdi

11:02 16 İyun 2020

Bakıda keçiriləcək aerobika gimnastikası üzrə dünya çempionatı və dünya yaş qrupları yarışlarının yeni tarixləri açıqlanıb.

 

Sportarena.az xəbər verir ki, COVID-19 pandemiyası səbəbi ilə təxirə salınmış yarışlar 2021-ci ildə baş tutacaq.Beləliklə, aerobika gimnastikası üzrə 9-cu dünya yaş qrupları yarışlarının növbəti ilin 21-23 may, 16-cı dünya çempionatının isə 27-29 may tarixlərində keçirilməsi planlaşdırılır.

 

Xatırladaq ki, dünya yaş qrupları yarışları cari ilin 8-10 may, dünya çempionatı 14-16 may tarixlərində Milli Gimnastika Arenasında təşkil edilməli idi. Lakin, pandemiya ilə əlaqədar digər yarışlar kimi bu yarışlar da təxirə salınmışdı.


Digər xəbərlər

Xəbər xətti