“Neftçi” Daboyla bağlı AÇIQLAMA YAYDI

11:51 16 İyun 2020

"Neftçi” futbolçusu Baqali Dabonun "Qarabağ"ın formasında şəkil çəkdirməsi və həyat yoldaşının bunu sosial şəbəkədə paylaşması ilə bağlı açıqlama yayıb.

 

Sportarena.az xəbər verir ki, məlumatda klub rəhbərliyinin fransalı hücumçunun davranışından xəbərdar olduğu və onun qəbuledilməz hərəkətinə görə müvafiq tədbirlər görüləcəyi bildirilib.

 

"Rəhbərlik futbolçunun klubun imicinə ciddi şəkildə xələl gətirdiyini bilir. Hüquqi çərçivədə addımlar atılacaq və ictimaiyyətə bununla bağlı məlumat veriləcək", - vurğulanıb.


Digər xəbərlər

Xəbər xətti