Messi, Mbappe və Neymar 1970-ci ildə keçirilən dünya çempionatında - FOTOLAR

14:14 16 İyun 2020

Beynəlxalq Futbol Federasiyası (FIFA) Meksikada keçirilən futbol üzrə dünya çempionatının 50 illiyini qeyd edir.

 

Sportarena.az xəbər verir ki, bununla əlaqədar olaraq FIFA rəsmi “Twitter” səhifəsində hazırda dünyanın ən güclü futbolçularının retro şəkillərini paylaşıb.Beynəlxalq futbol qurumu Lionel Messinin, Kilian Mbappenin və Neymarın 1970-ci ildə mundialda necə görünə biləcəklərini təsvir etməyə çalışıb.

 

Xatırladaq ki, 1970-ci ildə Meksikada keçirilmiş dünya çempionatının qalibi Braziliya milli komandası olub. (oxu.az)



Xəbər xətti