Azərbaycanlı futbolçunun qol vurduğu oyundan sonra maraqlı qələbə qeydi - VİDEO

17:40 16 İyun 2020

21 yaşadək millimizin futbolçusu Fərid Nəbiyevin formasını geyindiyi Çexiyanın “Viktorya” klubu “Trjinets” komandası üzərində 3:1 hesablı qələbəni fərqli tərzdə qeyd edib.

 

Sportarena.az xəbər verir ki, Jijkov klubunun qapıçısı və kapitanı Milan Şvenqer paltardəyişmə otağında komanda yoldaşlarını coşdurub.

 

Qeyd edək ki, Fərid Nəbiyev bu görüşün 2-ci dəqiqəsində hesabı açan futbolçu olub. Bu qələbə ilə onun komandası üçüncü sıraya çıxıb.Komanda son yeddi turda bu sıradakı yerini qoruyub saxlaya bilsə, elita sayılan Fortuna Liqaya çıxmaq üçün pley-off matçlarına vəsiqə qazanacaq. (oxu.az)

 

 


Digər xəbərlər

Xəbər xətti