Fransada azarkeşlər futbolu stadiondan izləyə biləcək

11:44 21 İyun 2020

Fransa hökumətinin qərarına əsasən, iyulun 11-dən etibarən azarkeşlərin futbol arenalarına buraxılmasına icazə verilcək.

 

Sportarena.az xəbər verir ki, stadiona beş minə qədər azarkeş daxil ola biləcək, yeni mövsümün açılışında isə bu rəqəm artırıla bilər.

 

Xatırladaq ki, koronavirus təhlükəsi ilə əlaqədar futbol üzrə Fransa çempionatı aprelin 28-də - vaxtından əvvəl başa çatıb.Fransa çempionatının 2019/2020-ci il mövsümünün qalibi PSJ olub.


Xəbər xətti