Eddi İsrafilov 90 dəqiqə oynadı, komandası heç-heçə etdi

13:06 22 İyun 2020

İspaniya 2-ci liqasında 34-cü turun oyunları keçirilib.



Sportarena.az xəbər verir ki, Azərbaycan millisinin yarımmüdafiəçisi Eddi İsrafilovun çıxış etdiyi "Albasete”  doğma meydanda “Hueska” ilə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan heç-heçə ilə ayrılıb – 2:2.

 
İsrafilov da bu oyunun iştirakçısı olub. O, start heyətdə meydana çıxıb və sonadək mübarizə aparıb.
 

“Albasete” hazırda 39 xalla 22 iştirakçı arasında 16-cı pillədə qərarlaşıb.  


Digər xəbərlər

Xəbər xətti