“Everton” - “Liverpul” qarşılaşması izlənmə rekordunu yenilədi

18:12 22 İyun 2020

Ötən gün İngiltərə Premyer Liqasında keçirilən “Everton” - “Liverpul” futbol qarşılaşması izlənmə rekordunu yeniləyib.

 

Sportarena.az xəbər verir ki, bu barədə “Sky Sport” məlumat verib.Futbol üzrə İngiltərə çempionatında birinciliyə ən real namizəd olan “Liverpul”un səfərdə qolsuz bərabərliyə nail olduğu oyunu ölkə ərazisində 5,5 milyon azarkeş izləyib.

 

Bunaqədərki rekord isə 2011-2012-ci illər mövsümündə “Mançester Siti” ilə “Mançester Yunayted” arasında qarşılaşmada qeydə alınmışdı. Meydan sahiblərinin minimal hesabla qalib gəldiyi qarşılaşmanı 4,3 milyon azarkeş izləmişdi.

 

Xatırladaq ki, lider “Liverpul” çempionatın sonuna səkkiz həftə qalmış ən yaxın izləyicisi “Mançester Siti”dən bir oyun artıq keçirib və iki komanda arasında xal fərqi hazırda 23-ə bərabərdir. (oxu.az)


Digər xəbərlər

Xəbər xətti