Azərbaycanda stadion 4 milyona satışa çıxarıldı

10:38 23 İyun 2020

Azərbaycanda daha bir futbol qurğusunun başının üzərini “qara buludlar” alıb.

 

Sportarena.az Sportinfo-ya istinadən xəbər verir ki, Şəmkir stadionu satışa çıxarılıb.4 hektar ərazisi olan arenaya 4 milyon manat qiymət qoyulub.

 

Şəmkir stadionu 20 il öncə tikilib. 2004-cü ildə UEFA Kubokunun oyununa ev sahibliyi edib. Eyniadlı komanda yarışın təsnifat mərhələsinin ilk raundunda «Tbilisi» ilə qarşılaşıb və 1:5 hesabıyla uduzub.


Digər xəbərlər

Xəbər xətti