15 yaşlı futbolçu La Liqa tarixinə düşdü

17:00 25 İyun 2020

“Malyorka”nın futbolçusu Luka Romero İspaniya La Liqasının tarixinə düşüb.

 

Sportarena.az xəbər verir ki, o, rekorda 31-ci turda keçirilmiş “Real”la oyunda nail olub. 15 yaş 219 günlük olan futbolçu La Liqa tarixinin ən gənc oyunçusu olub.Öncəki rekord 1939/40 mövsümündə “Selta”nın futbolçusu Sansona aid idi - 15 yaş 255 gün.

 
Meksika əsilli yarımmüdafiəçi Argentinanın U-17 yığmasının üzvüdür.


Digər xəbərlər

Xəbər xətti