Tofiq Musayev yaponlarla əməkdaşlıqdan imtina etdi: “Pulumu vermirlər”

17:12 25 İyun 2020

MMA döyüşçüsü Tofiq Musayev Yaponiyanın “Rizin” təşkilatı ilə müqavilə bağlamaqdan imtina edib.

 

Sportarena.az xəbər verir ki, bunu Oxu.Az-a açıqlamasında Tofiq Musayevin özü deyib:

 

“İmtinamın səbəbi ötən il Qran-Pridə qalibi olduğuma görə mənə çatacaq pulun verilməməsidir.Altı ay keçib, hələ də pulu göndərməyiblər. Mən də müqaviləni imzalamıram.Deyirəm ki, nə vaxt pulumu göndərərlərsə, o zaman da müqaviləyə qol çəkərəm”.


Xəbər xətti