Qazaxıstan çempionatının bərpa olunacağı tarix açıqlandı

11:52 28 İyun 2020

Qazaxıstan çempionatının bərpa olunacağı tarix açıqlanıb.

 

Sportarena.az xəbər verir ki, bu barədə Qazaxıstan Peşəkar Futbol Liqasının rəsmi saytı məlumat yayıb.Açıqlamada bildirilib ki, mövsüm iyulun 1-də bərpa olunacaq. Çempionatın bərpası üçün təlimat hazırlanıb. Bütün oyunlar azarkeşsiz keçiriləcək və stadiondakı işçilər məhdud sayda olacaq. 

 

Qeyd edək ki, Qazaxıstan çempionatı martın 16-da koronavirus pandemiyasına görə dayandırılıb. 


Xəbər xətti