"Başakşəhər" Türkiyə çempionu oldu!

00:48 20 İyul 2020

Türkiyə Super Liqasında 2019/20 mövsümünün qalibi müəyyənləşib.

 

Sportarena.az xəbər verir ki, 33-cü turda evdə "Kayserispor"u 1:0 hesabı ilə məğlub edən "Başakşəhər" çempionluğu rəsmiləşdirib.

 

İstanbul təmsilçisi sona 1 tur qalmış ən yaxın izləyicisi "Trabzonspor"u 7 xal qabaqlayır. Okan Burukun çalışdırdığı komanda tarixində ilk dəfə ölkə çempionu olub.


Xəbər xətti