PSJ 13-cü dəfə Fransa Kubokunu qazandı

11:05 25 İyul 2020

Dünən "Stad De Fransda" stadionunda baş tutan Fransa kubokunun final matçında  PSJ Sent-Etyennlə qarşılaşıb.

 

Sportarena.az xəbər verir ki, görüş Paris klubunun 1-0 qələbəsi ilə başa çatıb. Görüşdə yeganə qolu 14-cü dəqiqədə Neymar vurub. Bununla PSJ 13-cü dəfə Fransa kubokuna yiyələnib.
 

Fransa Liqasının da erkən çempionu elan olunan PSJ  mövsümü qızıl dublla başa vurub. 


Digər xəbərlər

Xəbər xətti