AFFA-nın fövqəladə iclası keçiriləcək

02:10 30 İyul 2020

Bu gün AFFA-nın İcraiyyə Komitəsinin fövqəladə iclası keçiriləcək.

 

Sportarena.az xəbər verir ki, iclas videokonfrans formatında olacaq. Saat 14:00-da başlayacaq iclasın gündəliyinə “Qəbələ” və “Zirə” klublarının müraciətinə əsasən, Azərbaycan Premyer Liqasının 2020/2021-ci il mövsümündə iştirakla əlaqədar AFFA tərəfindən maliyyə yardımının göstərilməsi məsələsi daxildir.


Digər xəbərlər

Xəbər xətti