“Sabah” monteneqrolu müdafiəçini transfer etdi

Sportarena.az      3 Avqust 2020 , 01:08

“Sabah” heyətini yeni futbolçu ilə gücləndirib.
 

Sportarena.az klubun rəsmi saytına istinadən xəbər verir ki, moteneqrolu müdafiəçi Nikola Vuyadinoviçlə bir illik müqavilə bağlanıb.

 

Serbiyanın “Srvena Zvezda” klubunun yetirməsi olan Nikola, karyerası ərzində “Rad” (Serbiya, 2004/05), “Zeta” (Monteneqro, 2005/06), “Radniçki” (Serbiya, 2006/07), ÇSKA (Sofiya, Bolqarıstan, 2007/08), “Unirea Alba Yulia” (Rumıniya, 2009/10), “Aberdin” (Şotlandiya, 2010/11), “Yavor” (Serbiya, 2012), “Şturm” (Avstriya, 2012-2014), “Osasuna” (İspaniya, 2014/15, 2017), BSU (Çin, 2015/16), “Lex” (Polşa, 2017-2019) klublarında çıxış edib. Onun son komandası Sloveniya “Domjale”si (2019/20) olub.


Qeyd edək ki, "Sabah" bundan əvvəl Amin Seydiyev, Samir Məhərrəmli, İdris İnqilablı (hamısı “Qəbələ”), Slavik Alxasov ("Keşlə"), Nicat Mehbalıyev ("Qarabağ"), Aleksey İsayev ("Sabah") və Camal Cəfərovu da heyətinə cəlb edib.

DİGƏR XƏBƏRLƏR
XƏBƏR LENTİ
ÇOX OXUNANLAR
SORĞU
Premyer Liqada mövsümün gedişindən razısınızmı?
 Razıyam
 Narazıyam
 Maraqlanmıram
ARXİV
 jQuery UI Datepicker - Display inline
Copyright © 2018 Sportarena.az
Sayt Five Agency tərəfdən hazırlanmışdır

Ən son idman xəbərlərini səhifəmizdən də izləyin