“Neftçi”nin rəqibi azərbaycanlı futbolçunu transfer etdi

18:36 10 Avqust 2020

"Qarabağ" və "Neftçi"nin keçmiş futbolçusu Elvin Yunuszadənin yeni klubu müəyyənləşib.

 

Sportarena.az xəbər verir ki, 28 yaşlı müdafiəçi karyerasını Şimali Makedoniyada davam etdirəcək. O, yüksək liqa təmsilçisi "Şkupi"yə keçib. Elvin yeni klubu ilə mövsümün sonuna qədər müqavilə imzalayıb.

 

Azərbaycan millisində də forma geyinmiş müdafiəçi "Neftçi", "Qarabağ", "Səbail" və Bosniya və Herseqovinanın "Çelik" klublarında da çıxış edib.

 

"Şkupi" Avropa Liqasının 1-ci təsnifat mərhələsində "Neftçi" ilə qarşılaşacaq.


Digər xəbərlər

Xəbər xətti