Fərid Nəbiyev qol vurdu, komandası növbəti mərhələyə yüksəldi

02:14 16 Avqust 2020

Çexiya kubokunda 2020/21 mövsümünə start verilib.


 
Sportarena.az xəbər verir ki, gənclər millimizin üzvü Fərid Nəbiyevin çıxış etdiyi “Viktoriya” (Jijkov) kubokun ilk oyununda səfərdə “Union Beroun”la qarşılaşıb. Matç qonaq komandanın 4:0 hesablı qələbəsi ilə başa çatıb. Fərid də bu görüşün iştirakçısı olub. Start heyətdə meydana çıxan  21 yaşlı yarımmüdafiəçi 18-ci dəqiqədə komandasının 2-ci qolunun müəllifi olub.

 

Qeyd edək ki, bu qələbə ilə "Viktoriya" növbəti mərhələyə yüksəlib.


Digər xəbərlər

Xəbər xətti