Lukaşenkoya görə millidən imtina etdi

13:20 16 Avqust 2020

Moskva ÇSKA-sının hücumçusu İlya Şkurin Belarus millisində oynamaqdan imtina edib.

 

Sportarena.az xəbər verir ki, 20 yaşlı hücumçu bu barədə instaqram hesabında paylaşım edib. O, Belarus prezidenti Aleksandr Lukaşenkonun istefa verməyəcəyi halda, qərarını dəyişməyəcəyini qeyd edib.

 

Qeyd edək ki, Belarusda Aleksandr Lukaşenkonun 6-cı dəfə ölkə prezidenti seçilməsindən sonra etirazlar davam edir.


Digər xəbərlər

Xəbər xətti