Braziliyalı futbolçu Azərbaycanda oynaya bilər

11:06 18 Avqust 2020

Braziliyanın “Vitoriya” klubunun hücumçusu Eronildo dos Santos Roşa karyerasını Azərbaycanda davam etdirə bilər.

 

Sportarena.az xəbər verir ki, 22 yaşlı futbolçu klublarımızdan birinə keçməyə yaxındır.Məlumata görə, Roşa ilə danışıqlar yekunlaşmaq üzrədir. “Vitoriya” oyunçunu adı açıqlanmayan komandaya bir illik icarəyə verəcək.

 

Qeyd edək ki, ölkəsində qısaca Eron çağırılan oyunçu bu mövsüm 4 qola imza atıb. “Vitoriya” ilə müqavilə müddəti 2021-ci ilin dekabrına qədər olan hücumçu 2014-2015-ci illərdə Braziliyanın U-17 yığmasının heyətində 7 oyun keçirib, 1 qola imza atıb.


Digər xəbərlər

Xəbər xətti