"Barselona" klubunun qapıçısı Mark-Andre Ter Ştegen əməliyyat olunacaq.
Sportarena.az xəbər verir ki, bu barədə klubun rəsmi saytı məlumat yayıb. Almaniyalı futbolçu bu gün dizindən əməliyyat olunacaq. İspaniya mətbuatı 28 yaşlı futbolçunun 3-4 ay müddətinə yaşıl meydanlardan kənarda qalacağını ehtimal edir.