"Yaxşı mövsüm keçirməyimiz üçün hər şeyimiz var" - "Zirə"nin yeni transferi

03:23 20 Avqust 2020

“Zirə”nin yeni transferi Kayo Rangel Bakı klubuna keçidini şərh edib.

 

Sportarena.az xəbər verir ki, bununla bağlı braziliyalı hücumçu ölkəsinin “Globoesporte” nəşrinə danışıb:

 

“Zirə”nin baş məşqçisinin məni istəməsi barədə məlumat aldım və menecerimə klubla danışıqlar aparmasına razılıq verdim. Hər şey sürətli oldu və cəmi 2-3 gündən sonra hər şey həll olundu. Mən hazırkı klubumda xoşbəxtəm və inanıram ki, yaxşı mövsüm keçirməyimiz üçün hər şeyimiz var. Klubdan böyük dəstək gördüm və bu, mənə yaxşı təsir edir”.

 
“Zirə” Rangellə 1+1 illik müqavilə imzalayıb.


Xəbər xətti