FİFA İnfantino ilə bağlı araşdırmaların nəticəsini açıqladı

03:31 20 Avqust 2020

FİFA-nın İstintaq Palatası qurumun prezidenti Canni İnfantino ilə bağlı araşdırmanın nəticəsini açıqlayıb.

 

Sportarena.az ali futbol qurumunun rəsmi saytına istinadən xəbər verir ki, Etika Komitəsi İtaliya əsilli isveçrəli funksionerin fəaliyyətində hər hansı pozuntu aşkarlamayıb.

 

Daha əvvəl İsveçrə Federal Məhkəməsi İnfantino ilə bağlı araşdırmalara başlayıb. O, vəzifə səlahiyyətlərindən istifadə edərək rüşvət almaqda ittiham olunur.

 

Qeyd edək ki, İnfantino 2016-cı ildə FİFA prezidenti seçilib. O, çoxsaylı korrupsiya qalmaqallarından sonra istefaya göndərilən Yozef Blatteri əvəzləyib.


Xəbər xətti