"Xəzər Lənkəran"ın sabiq baş məşqçisinə Türkiyədə vəzifə verildi

20:05 23 Avqust 2020

Türkiyə Futbol Federasiyası (TFF) Futbolun İnkişafı Direktorluğu və gənclərdən ibarət milli komandada yeni təyinatlar həyata keçirib.

 

Sportarena.az xəbər verir ki, Futbolun inkişafı üzrə direktor vəzifəsinə "Xəzər Lənkəran"ın sabiq baş məşqçisi Oğuz Çətin təyin olunub. Ona əfsanəvi qapıçı Rüştü Rəçbər kömək edəcək.

 

Tolunay Kafkas gənclərdən ibarət yığmanın baş məşqçisi və aşağı yaş qrupları üzrə yığmalara məsul şəxs, Hami Mandıralı isə bu komandaların Matç və oyunçu izləmə məşqçisi işləyəcək.

 

Qeyd edək ki, Oğuz Çətin "Xəzər Lənkəran"da 2013-cü ilin dekabrından köməkçi-məşqçi, 2014-cü ilin iyunundan dekabrınadək isə baş məşqçi vəzifəsində çalışıb.


Digər xəbərlər

Xəbər xətti