“Barselona”nın yeni transferi koronavirusa yoluxub

10:00 24 Avqust 2020

“Barselona”nın yeni transferi Miralem Pyaniç koronavirusa yoluxub.

 

Sportarena.az xəbər verir ki, bu barədə klubdan açıqlama verilib. Bildirilib ki, özünü yaxşı hiss etməyən futbolçunun müraciəti əsasında keçirilmiş koronavirus testinin nəticəsi pozitiv çıxıb. Hazırda Pyaniç özünü normal hiss edir və evində karantinə alınıb. Bosniyalı yarımüdafiəçi ən yaxşı halda 15 gün sonra komandaya qoşula biləcək.

 

Qeyd edək ki, “Barselona” Miralem Pyaniçi bu yay 60 milyon avroya “Yuventus”dan transfer edib.


Digər xəbərlər

Xəbər xətti