“Neftçi”nin rəqibləri bu tarixdə bilinəcək

00:11 29 Avqust 2020

Avropa Liqasında növbəti püşkatmanın başlama vaxtı dəqiqləşib.

 

Sportarena.az xəbər verir ki, avqustun 31-də II, sentyabrın 1-də III təsnifat mərhələsinin püşkü atılacaq.İsveçrədə keçiriləcək püşkatma Bakı vaxtı ilə saat 15:00-da başlayacaq. İlk gün mərasimdə Azərbaycanın Avropa Liqasındakı tək təmsilçisi “Neftçi”nin real, ertəsi gün isə potensial rəqibi bilinəcək.

 

Qeyd edək ki, “Neftçi” I təsnifat mərhələsində Şimali Makedoniya klubu “Şkupi”yə (2:1) qalib gəlib.


Digər xəbərlər

Xəbər xətti