İbrahimoviç daha bir il “Milan”da

11:15 29 Avqust 2020

Hücumçu Zlatan İbrahimoviç “Milan”la yeni müqavilə bağlamağa razı olub.

 

Sportarena.az xəbər verir ki, bu barədə “Sky Sport Italia” xəbər verib.38 yaşlı forvard bir mövsümlük müqavilə bağlayacaq. Onun illik maaşı 7 milyon avro təşkil edəcək. Bonuslar sazişə daxil deyil.

 

Qeyd edək ki, Zlatan “Milan”a 2020-ci ilin yanvarında qayıdıb, 18 matç keçirib və A seriyasında 10 qol vurub və “Milan”a 13 matçı məğlubiyyətsiz keçirməkdə kömək edib.


Digər xəbərlər

Xəbər xətti