"Qəbələ" "Səbail"ə qalib gəldi

11:38 31 Avqust 2020

“Qəbələ” milli komandaların oyunları ilə əlaqədar Azərbaycan Premyer Liqasında yaranan fasilə dövründə hazırlıqlarını davam etdirir.


 
Sportarena.az xəbər verir ki, “qırmızı-qaralar” Bakıda təşkil olunan hazırlıq çərçivəsində yoxlama oyununda qüvvəsini sınayıb. Bakı Olimpiya Stadionunun ehtiyat meydanında "Səbail"lə keçirilən görüş "Qəbələ"nin qələbəsi ilə başa çatıb - 1:0. Qarşılaşmadakı yeganə qola Nikolas Raysel imza atıb. O, 75-ci dəqiqədə penaltidən fərqlənib.


Digər xəbərlər

Xəbər xətti