Azərbaycanlı hakimin ömürlük cəzası qüvvədə qaldı

17:36 31 Avqust 2020

AFFA-nın Apellyasiya Arbitraj Tribunalının iclası keçirilib.

 

Sportarena.az AFFA-nın saytına istinadən xəbər verir ki, yığıncaqda sabiq hakim Anar Niyazov tərəfindən verilmiş apellyasiya şikayətinə baxılıb.Qurum onun müraciətinin təmin edilməməsinə qərar verib. Bununla da İntizam Komitəsinin onun barəsində 2017-ci ildə çıxardığı qərar qüvvədə qalıb.

 

Qeyd edək ki, danışılmış oyunlarda iştiraka görə Niyazova futbola aid hər bir məşğuliyyət ömürlük qadağan edilib. Bu qərar UEFA-dan daxil olmuş danışılmış oyunlarla bağlı hesabatlara və AFFA-nın İcraiyyə Komitəsinin bununla bağlı tövsiyələrinə əsasən verilib.


Xəbər xətti