Kamran Quliyev: “Türk klubları iki futbolçumuza rəsmi dəvət göndərib” + VİDEO

11:25 1 Sentyabr 2020

“Neftçi”nin prezidenti Kamran Quliyev “A Spor” kanalına müsahibə verib.

 

Sportarena.az xəbər verir ki, Bakı klubun rəhbəri Türkiyə klublarının “ağ-qaralar”ın iki futbolçusuna rəsmi təklif göndərdiyini bildirib: 

 

“Türkiyə klubları bizim iki futbolçumuzla maraqlanır. Hətta rəsmi təklif də göndəriblər. Həmin oyunçuların adlarını açıqlamayacağam, amma gələcəyi parlaq olan oyunçulardır. Yəqin ki, “Qalatasaray”la oynayacağımız üçün bizim futbolçuları daha çox izləyəcəklər”.

 

 


Xəbər xətti