"Neftçi" - "Qalatasaray" cütünün potensial rəqibi bilindi - YENİLƏNİB

15:24 1 Sentyabr 2020

Bu gün Avropa Liqasının III təsnifat mərhələsinin püşkü atılıb.

 

Sportarena.az xəbər verir ki, İsveçrənin Nyon şəhərində UEFA-nın mənzil-qərargahında keçirilən tədbir Bakı vaxtı ilə 15:00-da başlayıb.Püşkdə "Neftçi" - "Qalatasaray" (Türkiyə) cütünün potensial rəqibi müəyyənləşib. "Neftçi" İstanbul nəhəngini mübarizədən kənarlaşdıra bilsə, növbəti raundda "Renova" (Şimali Makedoniya)/ "Hayduk" (Xorvatiya) cütünün qalibi ilə üz-üzə gələcək. 

 

III təsnifat mərhələsinin oyunları sentyabrın 24-də keçiriləcək.


Xəbər xətti