Coşqun Diniyev millimizə çağırıldı

12:55 3 Sentyabr 2020

Azərbaycan milli komandasının heyətinə yeni futbolçu çağırılıb.

 

Sportarena.az AFFA-nın saytına istinadən xəbər verir ki, “Sabah”ın üzvü Coşqun Diniyev millinin toplanışına dəvət olunub. Onun adı avqustun 27-də açıqlanmış heyətdə ehtiyat oyunçular arasında göstərilmişdi.

 

Xatırladaq ki, Azərbaycan yığması UEFA Millətlər Liqasında sentyabrın 5-də Bakıda Lüksemburq, sentyabrın 8-də isə səfərdə Kiprlə qarşılaşacaq.


Xəbər xətti