“Neftçi” Diarranı transfer edir

01:00 5 Sentyabr 2020

“Neftçi” Fransanın “Şatoru” klubunun futbolçusu Şeyk Diarranı transfer etməyə çalışır.

 

Sportarena.az xəbər verir ki, bu barədə məlumatı Türkiyənin “Ajansspor” saytı yayıb. Bildilir ki, Bakı klubu hücumçuya illik 200 min avro maaş təklif edib. 

 

Qeyd edək ki, 28 yaşlı futbolçu daha əvvəl Fransada “Renn”, “İstr”, “Oser”, “Paris” və “Tur” klublarının da formasını geyinib. 2018-ci ildən "Şatoru"da çıxış edən Diarra 25 oyunda 3 qol vurub.


Digər xəbərlər

Xəbər xətti